İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Timoti Vea karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçunun xidmətində "Marsel" maraqlıdır. Fransa klubu artıq amerikalı futbolçunun agenti ilə əlaqə saxlayıb.
“Qoca sinyora” isə oyunçunun satış təklifini dəyərləndirməyə hazırdır.
2023/2024 mövsümündə Vea “Yuventus”un heyətində 30 matçda iştirak edib, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 17 milyon avro olaraq göstərir. Onun Turin klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.