AZ

Bu ölkələrin başçıları Xankəndidədir

Bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçiriləcək.
BUTA.TV xəbər verir ki, Zirvə görüşündə iştirak etmək üçün bir çox ölkə başçısı və rəsmi şəxsləri Xankəndiyə gəlir. Xankəndiyə gələn dövlət rəsmilərinin siyahısı:1. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan; 2. Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar; 3. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian; 4. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif; 5. Özbəkistan Prezidenti Şövkət Mirziyayev; 6. Qırğızıstan Prezidenti Sadır Japarov; 7. Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini-xarici işlər naziri Rəşid Meredov; 8. Tacikistan Prezidenti İmaməli Rəhman; 9. Qazaxıstanın Baş naziri Oljas Bektenov; 10. Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradar; 11. Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Təşkilatın hazırki üzvləri Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Əfqanıstan və Özbəkistandır.

Seçilən
13
buta.tv

1Mənbələr