Prezident Frank-Valter Ştaynmayer Almaniyada hərbi xidmətə çağırışla bağlı müzakirələri alqışlayır.
“Märkische Allgemeine Zeitung” (MAZ) qəzetinə müsahibə verən Ştaynmayer, “Maraqlarımızın, demokratiyamızın və azadlığımızın müdafiəsi hər zamankindən daha zəruridir. Avropaya baxan hər kəs özümüzü daha yaxşı qorumalı olduğumuz qənaətinə gəlməlidir”, – deyib.
“Üç il əvvəl mən təklif etdim ki, sosial birliyi gücləndirmək üçün hər kəs öz qabığından kənarda müəyyən vaxt sərf etməlidir. Təəccüblüdür ki, mən Qərbdən daha çox Almaniyada bununla bağlı etirazlarla qarşılaşdım”, – deyib.