ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Qəbələ” iyunun 27-də Elvin Yunuszadə ilə yollarını ayırdığını açıqlayıb. Ölkənin ən təcrübəli müdafiəçilərindən biri “qırmızı-qaralar”dan niyə ayrılıb, karyerasında necə davam edəcək? 32 yaşlı müdafiəçinin “Futbol+”ə açıqlaması:
“İlkin razılaşma olmuşdu. Sonra bəzi nüanslarda fikir ayrılığı yaşadıq. Belə qərara gəldik ki, yolları ayıraq. Əlbəttə, özümü elitada oynamağa hazır hiss edirəm. Niyə də yox?! Danışıqların getdiyi klub var. Qarşıdakı günlərdə hər şey bəlli olacaq”.
Qeyd edək ki, Elvin ötən mövsümdən “qırmızı-qaralalar”ın şərəfini qoruyurdu.MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.