AZ

Norris xal fərqini 15 ə endirdi

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Həftəsonu keçirilən Avstriya “Qran-pri”si Lando Norrisin qələbəsi ilə başa çatdı. "Football-plus.az" xəbər verir ki, “Maklaren”in 25 yaşlı britaniyalı pilotu cari mövsümdə 3-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Norrisin komanda yoldaşı Oskar Piastri ondan 2,695 saniyə geri qalmaqla 2-ci yeri tutdu. “Ferrari”nin pilotu Şarl Lekler isə finişə üçüncü çatdı.“Uilyams”ın pilotu Karlos Saynsın bolidi tüstülədiyinə görə yarış 15 dəqiqə gec başladı. 1-ci dövrədə “Mersedes”in pilotu Kimi Antonelli “Red Bull”un pilotu Maks Ferstappenlə toqquşdu və hər ikisi yarışdan çəkildi. “Uilyams”ın 2-ci pilotu Aleksandr Albon da finiş xəttinə çatmadı.Piastri 216 xalla şəxsi hesabda liderdi. Norris onunla xal fərqini 15-ə endirdi. 3-cü yerdəki Ferstappenin isə 155 xalı var.Bu arada “Formula-1”in mətbuat xidməti Avstriya mərhələsinin keçirilməsi ilə bağlı müqavilə müddətinin 2041-ci ilə qədər uzadıldığını elan edib. “Formula-1”in baş direktoru Stefano Domenikalinin fikri:

“Avstriya artıq çoxdan “Formula-1” üçün qeyri-adi dərəcədə xüsusi mərhələdi. Bu üzdən Avstriya mərhələsinin uzunmüddətli gələcəyini təmin etməklə yaxşı addım atdıq”

1964-2003-cü illərdə “Formula-1”in təqvimində yer alan Avstriya mərhələsi 2014-cü ildə yenidən təqvimə qaytarılıb. Bu ölkədə keçirilən yarışlarda “Red Bull”un pilotu Maks Ferstappen hamıdan çox qələbə qazanıb.Təsnifat mərhələsi1. Lando Norris (B.Britaniya) 1.03,971 2. Şarl Lekler (Monako) 1.04,4923. Oskar Piastri (Avstraliya) 1.04,5544. Lüis Hemilton (B.Britaniya) 1.04,5825. Corc Rassell (B.Britaniya) 1.04,7636. Liam Louson (Yeni Zelandiya) 1.04,9267. Maks Ferstappen (Niderland) 1.04,9298. Qabriel Bortoleto (Braziliya) 1.05,1329. Kimi Antonelli (İtaliya) 1.05,276 10. Pyer Qasli (Fransa) 1.05,64911. Fernando Alonso (İspaniya) 1.05,12812. Aleksandr Albon (Tayland) 1.05,20513. Ayzek Hacar (Fransa) 1.05,12614. Franko Kolapinto (Argentina) 1.05,28815. Oliver Berman (B.Britaniya) 1.05,31216. Lens Stroll (Kanada) 1.05,32917. Esteban Okon (Fransa) 1.05,364 18. Yuki Sunoda (Yaponiya) 1.05,369 19. Karlos Sayns (İspaniya) 1.05,58220. Niko Hülkenberq (Almaniya) 1.05,606Həlledici mərhələ306,452 km (4318 metrlik 71 dövrə)1. Lando Norris (Maklaren) 1:23.47,693 2. Oskar Piastri (Maklaren) +2,6953. Şarl Lekler (Ferrari) +19,8204. Lüis Hemilton (Ferrari) +29,0205. Corc Rassell (Mersedes) +1.02,3966. Liam Louson (RB) +1.07,7547. Fernando Alonso (Aston Martin) 1 dövrə8. Qabriel Bortoleto (Zauber) 1 dövrə9. Niko Hülkenberq (Zauber) 1 dövrə10. Esteban Okon (Haas) 1 dövrə11. Oliver Berman (Haas) 1 dövrə12. Ayzek Hacar (RB) 1 dövrə13. Pyer Qasli (Alpin) 1 dövrə14. Lens Stroll (Aston Martin) 1 dövrə15. Franko Kopapinto (Alpin) 1 dövrə16. Yuki Sunoda (Red Bull) 2 dövrəKarlos Sayns (Uilyams), Maks Ferstappen (Red Bull) və Kimi Antonelli (Mersedes) yarışa qatılmayıb, Aleksandr Albon (Uilyams) 15-ci dövrədən sonra mübarizədən çəkilib.Şəxsi birincilik1. Oskar Piastri 216 xal2. Lando Norris 2013. Maks Ferstappen 1554. Corc Rassell 1465. Şarl Lekler 1196. Lüis Hemilton 917. Kimi Antonelli 638. Aleksandr Albon 429. Esteban Okon 2310. Niko Hülkenberq 2211. Ayzek Hacar 2112. Lens Stroll 1413. Fernando Alonso 1414. Karlos Sayns 1315. Liam Louson 1216. Pyer Qasli 1117. Yuki Sunoda 1018. Oliver Berman 619. Qabriel Bortoleto 4Mühəndislər kuboku1. Maklaren 4172. Ferrari 2103. Mersedes 2094. Red Bull 1625. Uilyams 556. RB 367. Haas 29 8. Aston Martin 289. Zauber 2610. Alpin 11

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
99
icma.az

1Mənbələr