AZ

89 milyon dollarlıq təklifi rədd etdi

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Leykers”in müdafiəçisi Ostin Rivz müqavilə müddətini uzatmaqla bağlı təklifi geri çevirib və 2026-cı ildə azad agent bazarına çıxmaq niyyətindədi. “The Athletic”in yaydığı xəbərə görə, “gölməçəsevərlər” ona 4 illik, dəyəri 89,2 milyon dollar olan müqavilə təklif edib. Rivz sonuncu dəfə bu klubla 2023-cü ildə 54 milyon dollarlıq, 4 illik müqavilə bağlayıb.Xəbərdə o da qeyd olunur ki, 27 yaşlı amerikalı 2026-nın yayında daha böyük sövdələşmə ilə bağlı təklif alacağına ümid edir. Rivz MBA-nın 2024/25 mövsümündə 73 oyun keçirib, hər oyunda orta hesabla 20,2 xal toplayıb, 4,5 ribaund edib və 5,8 məhsuldar ötürmə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
104
icma.az

1Mənbələr