PSJ-nin qapıçısı Canluici Donnarumma ağır zədə alan “Bavariya”nın yarımmüdafiəçisi Camal Musialaya dəstək olub.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı qolkiper 1/4 final mərhələsində keçirilən PSJ – “Bavariya” (2:0) matçında Musiala ilə yaşanan toqquşmadan sonra sosial şəbəkə hesabında yazdığı paylaşımda belə bildirib:
“Bütün dualarım və xoş arzularım səninlədir, Camal.”
Xatırladaq ki, qarşılaşmanın ilk hissəsinin sonunda baş vermiş toqquşmadan sonra Musiala xərəkdə meydanı tərk edib və daha sonra xəstəxanaya aparılıb. Alman futbolçunun baldır sümüyünün sınmasından şübhə edilir.
Bu nəticə ilə “Bavariya” klublararası dünya çempionatında mübarizəni dayandırıb. PSJ isə yarımfinalda “Real” (Madrid) – “Borussiya” (Dortmund) cütünün qalibi ilə qarşılaşacaq.