ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
İngiltərə yığmasının sabiq futbolçusu Pol İns sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Onun avtomobili hasara çırpılıb."Football-plus.az" xəbər verir ki, 57 yaşlı veteran yarımmüdafiəçi iyulun 18-də məhkəmə qarşısına çıxacaq. Xatırladaq ki, İns İngiltərə yığmasının heyətində AÇ-96-nın bürünc medalçısı olub. O, "Mançester Yunayted"lə 2 dəfə Liqa və federasiya kubokunun, həmçinin UEFA Superkuboku və Kuboklar Kubokunun qalibi olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.