Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 12-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki yarış Silverstounda təşkil olunub.
Böyük Britaniya qran-prisində də “Maklaren” pilotları dominantlıq ediblər. Qələbəni Lando Norris qazanıb. Britaniyalı 25 yaşlı pilot 52 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 4-cü, karyerası ərzində isə 8-ci qələbəsidir.
İkinci yeri Norrisin komanda yoldaşı Oskar Piastri tutub. Podiumun son pilləsi “Zauber”dən Niko Halkenberqə qismət olub.
Geridə qalmış 12 mərhələdən sonra Oskar Piastri (“Maklaren”) 234 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 226 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 165 xalla üçüncü pillədə qərarlaşıb.
Mühəndislər Kubokunda “Maklaren” 460 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 222 xalla ikinci sırada qərarlaşıb. “Mersedes” isə 210 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 13-cü qran-prisi Belçikada keçiriləcək. Stavelotda baş tutacaq bu yarış iyulun 27-də təşkil olunacaq.
Formula 1 üzrə dünya çempionatı, 2025
Pilotların yarışında turnir cədvəli:
- Oskar Piastri (Maklaren) – 234
- Lando Norris (Maklaren) – 226
- Maks Ferstappen (Red Bull) – 165
- Corc Rassell (Mersedes) – 147
- Şarl Lekler (Ferrari) – 119
- Luis Hamilton (Ferrari) – 103
- Kimi Antonelli (Mersedes) – 63
- Aleksander Albon (Uilyams) – 46
- Niko Hulkenberq (Zauber) – 37
- Esteban Okon (Haas) – 23
- İsaak Hacar (Rasinq Bulls) – 21
- Lens Stroll (Aston Martin) – 20
- Pyer Qasli (Alpin) – 19
- Fernando Alonso (Aston Martin) – 16
- Karlos Sayns (Uilyams) – 13
- Liam Louson (Red Bull) – 12
- Yuki Tsunoda (Rasinq Bulls) – 10
- Oliver Berman (Haas) – 6
- Qabriel Bartoleto (Zauber) – 4
- Franko Kolapinto (Alpin) – 0
- Cek Duen (Alpin) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Maklaren – 460
- Ferrari – 222
- Mersedes – 210
- Red Bull – 172
- Uilyams – 59
- Zauber – 41
- Rasinq Bulls – 36
- Aston Martin – 36
- Haas – 29
- Alpin – 19