AZ

Prezidentliyə namizədlərin qeydə alınmasına başlanılır

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dekabrın 19-dan Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə başlanılır.AzVision.az xəbər verir ki, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.

Sənədlər səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək, yəni 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-a qədər təqdim edilməlidir.

Müvafiq sənədləri Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim etməlidir.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

AzVision.az

Seçilən
358
2
azvision.az

3Mənbələr