AZ

Gürcüstanda  “Heydər Əliyev İli”nin yekunlarına həsr olunmuş tədbir keçirilib

Gürcüstanın Rustavi şəhərindəki 18 saylı ictimai məktəbdə “Heydər Əliyev İli”nin yekunlarına həsr olunmuş tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir “Salam Mədəni-Xeyriyyə Təşkilatı”nın təşkilatçılığı və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə baş tutub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar səfirliyin təşkilatçılığı, təşəbbüsü və dəstəyi ilə qonşu ölkədə silsilə tədbirlər keçirilib.

Diplomat ölkələrimiz arasındakı qardaşlıq münasibətlərindən söz açıb, əlaqələrimizin inkişafında və dostluğumuzun daha da möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərini qeyd edib. Məktəbdəki Azərbaycan bölməsinin şagird və müəllimləri ilə yanaşı, gürcü uşaqların da bu tədbirdə iştirakını dostluğumuzun bariz nümunəsi olduğunu qeyd edib. Bildirib ki, yaxın günlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd ediləcək. Onun sözlərinə görə, bayram ərəfəsində keçirilən bu tədbirdə gürcülərin də iştirakı dost və qardaş xalqın həmrəyliyinin göstəricisidir.

Məktəbin direktoru Natalya Cavaxişvili bildirib ki, "Azərbaycan səfirliyinin dəstəyi ilə belə bir tədbirin keçirilməsi həqiqətən də bizim dostluğumuzun bariz nümunəsidir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı tədbirin Rustavi şəhər 18 saylı ictimai məktəbdə keçirilməsi, həm də gürcü xalqının dahi şəxsiyyətə olan sevgisinin göstəricisidir".

“Salam Mədəni-Xeyriyyə Təşkilatı”nın sədri Maya Rəcəbova tədbirin təşkilinə göstərdiyi dəstəyə görə səfir Faiq Quliyevə təşəkkür edib. Bildirib ki, məktəblərdə bu cür tədbirlərin keçirilməsi dostluq münasibətlərimizin daha da möhkəmlənməsində və gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır.

Onun sözlərinə görə, bu cür tədbirlər davamlı olacaq.

Sonra məktəbin şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Məktəblilər “Azərbaycan”, “Vətəndaş olaq”, “Şuşanın dağları”, “Sağ ol ey Vətən”, “Sarı gəlin”, “Tərəkəmə”, “Millətim” və digər Azərbaycan və gürcü xalq mahnı və rəqslərini ifa ediblər.

Şagirdlərin çıxışları alqışlarla qarşılanıb.

Sonda səfirlik adından məktəbə kompüter dəsti, direktora “Xarı bülbül” xatirə medalı, direktorun müavini Natiya Subitidzeyə “Heydər Əliyev" xatirə medalı təqdim olunub.

Seçilən
356
9
report.az

10Mənbələr