AZ

İsrail atəşkəsə hazır olduğunu açıqladı

İsrail HƏMAS-ın əlində olan girovları xilas etmək və Fələstin bölgəsinə daha çox yardım göstərilməsini təmin etmək üçün Qəzzada yeni atəşkəs bağlamağa hazır olduğunu açıqlayıb.

Globalinfo.az  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda İsrail Prezidenti İsaak Hersoq açıqlama yayıb.

“İsrail daha bir humanitar atəşkəsə və girovların azad edilməsini təmin etmək üçün əlavə humanitar yardıma hazırdır. Məsuliyyət tamamilə (HƏMAS lideri Yəhya) Sinvar və digər HƏMAS liderlərinin üzərinə düşür”, – o deyib.

Seçilən
474
5
globalinfo.az

10Mənbələr