AZ

Rusiya millisinin forvardı Türkiyənin tanınmış klubunda?

Rusiya millisinin və ÇSKA-nın hücumçusu Fyodor Çalov karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, rusiyalı hücumçu “Trabzonspor”un transfer siyahısına düşüb.

Avropa klublarının da maraq dairəsində olan Çalovun hansı qərarı verəcəyi hələ ki, dəqiq deyil.

Amma “Trabzonspor” Fyodor üçün ÇSKA-ya ilkin müraciəti edib.

Bu mövsüm RPL-də 18 matça çıxmış Çalov 8 qol vurub və 3 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçunun ÇSKA ilə müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq.

Ordu klubunun yetirməsi olan futbolçu “Bazel”də də icarə əsasında çıxış etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
sportinfo.az

1Mənbələr