Pakistan 100-ə yaxın əfqan uşağı həbsxanalardan azad edib
Pakistan hakimiyyəti Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib.
Qazet.az xəbər verir ki, bu barədə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb.
Azad olunan şəxslər arasında 100-ə yaxın uşaq var.
Qeyd olunur ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.