AZ

Azərbaycan regional lider rolu oynayır - BMT-nin rezident əlaqələndiricisi

İlk dəfə olaraq, Ümumdünya Şəhərsalma forumu bu regionda keçirilir. Azərbaycanı bu uğurlar üçün təbrik edirəm.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan regional lider rolu oynayır.

"Azərbaycan noyabr ayında SPECA sammitinə ev sahibliyi edib. Dayanıqlı şəhərlərin inkişafını və bərabər rifah məsələlərini müzakirə edir. Azərbaycan dayanıqlı inkişaf, təmiz mühit və ağıllı şəhər konsepsiyasını 2030-ci il Milli Prioritetlər siyahısına daxil edib.

Azərbaycan həmçinin Qarabağda daha yaşıl və inklüziv şəhər kəndlərin qurulmasına öz töhfəsini verir. Biz ümid edirik ki, COP29-da və Ümumdünya Şəhərsalma forumunda Azərbaycanın nailiyyətləri ilə yanaşı, regional gücü də nümayiş etdiriləcək. BMT bu yolda Azərbaycanın yanındadır",- deyə V.Andreeva bildirib.

Qeyd edək ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
239
50
milli.az

10Mənbələr