AZ

Tarixi İstanbul şəhərinin pişikləri ilə də məşhur olduğunu bilirsinizmi?

Tarixi İstanbul şəhərinin pişikləri ilə də məşhur olduğunu bilirsinizmi?
Minlərlə illik tarixi olan və imperiyalara ev sahibliyi edən İstanbul şəhəri  tarixi və mədəni dəyərləri, təbii gözəllikləri ilə yanaşı pişikləri ilə də məşhur bir şəhərdir. Amma İstanbula xas bir pişik cinsi olduğunu düşünməyin, bu şəhərdə hər an qarşılaşa biləcəyiniz küçə pişiklərindən bəhs edirik.
Beynəlxalq elmi araşdırmalar göstərir ki, bütün pişiklər Anadolu və Misir mənşəlidir. Anadoluda ovçu kimi bəslənən pişiklər Osmanlı dövründə şəhər həyatına uyğunlaşdı və İstanbulda sürətlə artan pişik sayı şəhərdə “pişik mədəniyyəti” yaratdı. Beləliklə, pişiklər İstanbulda gündəlik həyatın vaz keçilməz parçasına çevrilib. Osmanlı dövründə sahibsiz heyvanlar qorunub, insanlar buna təşviq edilib, ehtiyacı olan insanlarla birlikdə pişik və itlərə də yeməkxanalarda yemək verilib. Hətta sahibsiz heyvanları bəsləmək və qorumaq üçün fondlar da yaradılıb. Bu gün heyvan sığınacaqları və onların işçiləri, minlərlə könüllü bu vəzifəni davam etdirir.
Osmanlı İmperiyası həm də heyvan hüquqlarının tənzimləndiyi ilk dövlətdir. 16-cı əsrdə hazırlanan qanunlarda yaşlı heyvanların ağır işlərdə işləməsi qadağan edilirdi. Osmanlı İmperiyası dövründә insanlar hətta sahibsiz heyvanlara miras qoyurdu.
İstanbulun demək olar ki, hər rayonunda pişiklərə rast gəlmək olar. Parklarda, pəncərə eşiklərində, dükanların qapılarında, mağazanın vitrinində, kitab mağazasının kitabları arasında, metroda, bərədə hər rəngdə və yaşda olan pişiklərə rast gələ bilərsiniz. Siz kafedə çayınızı içərkən o, qucağınıza oturub yuxuya gedə bilər.
İstanbulun və bəlkə də dünyanın ən məşhur pişiyi Ayasofya pişiyi kimi tanınan Glidir. 2004-cü ildə Ayasofyadakı xidmətçi daxmasının altında dünyaya gələn üç baladan biri olan Gli 2020-ci ildə vəfat edənə qədər Ayasofyada yaşayıb və ziyarətçilərin diqqət mərkəzində olub. Sosial mediada yüz mindən çox izləyicisi olan bu şirin pişik, Ayasofyanın möhtəşəm memarlığını nümayiş etdirən minlərlə fotoşəkildə də yer alıb.
İstanbul pişiklərini daha yaxından tanımaq istəyirsinizsə, Ceyda Torunun 2016-cı ildə çəkdiyi "Pişik" sənədli filminə baxmağınızı tövsiyə edirik.



Seçilən
246
2
trt.net.tr

10Mənbələr