AZ

Rusiyada 9 nəfər vətəndaşlıqdan məhrum edildi

Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ağır cinayətə görə məhkum olunan doqquz nəfəri vətəndaşlıqdan məhrum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, vətəndaşlıqdan məhrum edilənlərin əksəriyyəti qanunsuz narkotik dövriyyəsində təqsirkar bilinən şəxslərdir.

 

Vətəndaşlıqdan məhrum edilən şəxslərə müvafiq bildiriş təqdim olunub, pasrportları götürülüb və ləğv olunub.

 

Sözügedən şəxslərin təqribən 10 il əvvəl Rusiya vətəndaşlığı əldə etdiyi qeyd olunub.

Seçilən
261
50
modern.az

10Mənbələr