“Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmiçiliyə qarşı daha çox hücumları onlar üçün nəticələrə səbəb olacaq”.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bəyan edib.
Onun sözlərinə görə, gəmilərə hücumların davam edəcəyi təqdirdə dünya iqtisadiyyatı zərər görəcək ki, bu da tamamilə qeyri-qanuni və qəbuledilməzdir: “Bu hücumlar dayandırılmalıdır, əks halda tədbir görüləcək”.
Lakin nazir konkret hansı tədbirlərin görülə biləcəyi ilə bağlı aydınlaşdırıcı suala cavab verməkdən yayınıb.