AZ

Təşkilat istənilən növ əlilliyi olan insanların maraqlarını təbliğ etmək və hüquqlarını qorumaq üçün çalışır

“Bu gün Azərbaycanda əlilliyi olan insanların hüquqlarını müdafiə edən, onların məşğulluğu, sosiallaşması və həyat keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olan aparıcı təşkilatlardan biri olan təçkilatımızın nailiyyəti onun unikal olmasıdır. Təşkilatımızın unikallığı ondan ibarətdir ki, əməkdaşları istənilən növ əlilliyi olan insanların maraqlarını təbliğ etmək və hüquqlarını qorumaq üçün çalışır”.
Bu fikirləri “Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyinin sədri, əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, biz böyük və kiçik layihələri əlaqələndirir, idarə edir və həyata keçiririk, mətbuat və qrant verənlərlə işləyirik, milli və beynəlxalq konfranslarda çıxış edirik: “Təşkilatımızın əməkdaşlarının əksəriyyəti əlilliyi olan şəxslərdir və əlilliyi olan şəxslərin və onların ailə üzvlərinin üzləşdiyi problemlərlə öz təcrübələrindən tanışdırlar. Biz heç vaxt uğurlarımızı gizlətmirik, təcrübəmizi digər təşkilatlarla bölüşürük ki, onlar bizim layihələrimizin nəticələrindən istifadə etsinlər və öz regionlarında oxşar proqramlar hazırlasınlar”.
Qeyd edək ki, təşkilatın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə bir sıra tədbirlər və layihələr nəzərdə tutulub. Artıq bəzi donorlarla müəyyən razılaşmalar var, bəzi detallar qalıb və müqavilələr imzalanmalıdır.
 
 
Pərvanə Fərhdaqızı

Seçilən
391
qht.az

1Mənbələr