Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı müharibə iştirakçıları ilə görüşüb.
MediaPost xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Metin Gürak, Hərbi Dəniz Qüvvələrinin komandanı general Ercüment Tatlıoğlu, Quru Qoşunlarının komandanı general Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələrinin komandanı general Ziya Cemal Kadıoğlu da iştirak edib.