AZ

Bu təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq

Birləşmiş Ərəb Əmirlikləri COP29-un keçirilməsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi bu il ölkənin COP29 tədbirinin keçirilməsi ilə bağlı seçilməsinə görə təbrik edərkən deyib. İki prezident arasında keçirilən geniştərkibli görüşü zamanı Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan bunun bütün dünyanın Azərbaycana etimadının bir təzahürü olduğunu qeyd edib.

“Keçən dəfə Dubayda görüşdüyümüz zaman qeyd etdiyimiz kimi, əlbəttə ki, Azərbaycan bu kimi mötəbər tədbirlərin keçirilməsinə qadirdir və hazırdır. Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsi hesab edin ki, Sizin əlinizdədir. Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa hazırıq”, - o deyib.

Seçilən
342
12
buta.tv

10Mənbələr