“İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri” təsdiq edilib.
Fins.az xəbər verir ki, bu barədə müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu qərarla təsdiq edilmiş hədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət satınalmalarının vahid internet portalına uyğun olaraq real vaxt rejimində satınalan təşkilata və dövlət satınalmalarının vahid internet portalının operatoruna ötürülməsi üçün zəruri tədbirlər görməlidir.
Bu qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.