Polis əməkdaşlarının yanvarın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 43 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə MediaPost-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 28 kiloqram 267 qram heroin, 10 kiloqram 256 qram marixuana, 5 kiloqram 143 qram metamfetamin, həmçinin 12 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.