AZ

Lavrov: “Rusiya heç vaxt Ermənistanla münasibətlərin soyumasının təşəbbüskarı olmayıb”

Rusiya heç vaxt Ermənistanla münasibətlərin soyumasının təşəbbüskarı olmayıb.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.

“Bu münasibətlərin soyumasının təşəbbüskarı olmamışıq. Biz xatırlayırıq ki, Ermənistan rəsmilərinin bir çoxu hələ müxalifətdə olarkən, müxtəlif siyasi proseslər, seçki kampaniyaları zamanı təşviqat apararaq KTMT-dən, Avrasiya İqtisadi İttifaqından çıxmağa çağırırdılar. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə bizim münasibətlərimizdə İrəvandan hansısa şəkildə uzaqlaşmağa zərrə qədər də təkan yox idi. Hər şey onun sələfi dövründə olduğu kimi inkişaf edib”, - Rusiya XİN başçısı vurğulayıb.

Seçilən
188
50
report.az

10Mənbələr