AZ

Paşinyanın dediklərində heç bir məntiq görmədim - Lavrov

2020-ci ildə əldə edilmiş razılaşmaları nəzərə alaraq, Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan ərazisindən Naxçıvana tranzit açılması ilə bağlı bəyanatlarında məntiq görülmür.

Herbiand.az">Herbiand.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Bundan əvvəl Ermənistanın baş naziri bildirib ki, İrəvan İranla eyni şərtlərlə Naxçıvan eksklavına gedən yolu Azərbaycan üçün açmağa hazırdır. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli bəyanatında iqtisadi və nəqliyyat əlaqələrinin blokunun açılması, Ermənistanın isə iki ölkə arasında kommunikasiyaların təhlükəsizliyinə zəmanət verildiyi bildirilir. Paşinyanın dediklərində açığı, heç bir məntiq görmədim. Bu marşrutları müqayisə etmək yersizdir", - Lavrov bildirib.

Seçilən
207
50
herbiand.az

10Mənbələr