AZ

Zelenski ilə Rişi Sunak arasındakı razılaşma bir lətifədir - Lavrovdan İRONİYA

Kiyev və London arasında təhlükəsizliklə bağlı razılaşma Ukraynanın NATO-ya daxil olmasının riskləri barədə məlumatların fonunda yarımçıq məhsul oldu.




Sitat.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
"Bu hekayə yeni deyil. Bir neçə ay əvvəl Ukraynanın NATO-ya və ya Avropa Birliyinə qəbul edilməsi ilə bağlı müzakirələr gedəndə heç də  hamı onun tərəfdarı deyildi, hamı sevinmirdi. Çoxları yaxşı başa düşürdü ki, bu, tamamilə məsuliyyətsiz addım və mənasız bir hadisədir. Eyni zamanda Avropanın təhlükəsizliyi üçün riskli addımdır".




Lavrovun sözlərinə görə, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın baş naziri Rişi Sunak arasında razılaşdırılan sənədin məzmunu ilə tanışdır. "Bu sənədin təhlili zamanı mən hüquqi cəhətdən heç bir məcburi müddəa görmədim.  Əgər kimsə Böyük Britaniyaya hücum edəcəyi təqdirdə bu adaların qorunmasını Ukraynanın təmin etmək öhdəliyini nəzərə alsaq azılaşma deyil, bir lətifədir", - Lavrov qeyd edib.
Nərgiz,
Sitat.info

Seçilən
191
50
sitat.info

10Mənbələr