AZ

“Sivil Toplum” Monitorinq Koalisiyası Azərbaycandakı səfirliklərinin nümayəndələri görüş keçirib

“Sivil Toplum” Monitorinq Koalisiyası ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin binasında ABŞ-ın, Avropa İttifaqının, Almaniya Federativ Respublikasının və Fransanın Azərbaycandakı səfirliklərinin nümayəndələri görüş keçirib.
 AYNA xəbər verir ki, yanvarın 22-də baş tutan görüşdə  “Sivil Toplum” Monitorinq Koalisiyası həmsədrləri -  “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli,  “Cəmiyyətin İnкişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli, ABŞ səfirliyin siyasi müşaviri Brett Dvorak, Avropa İttifaqının səfirliyinin məsul şəxsi Annaliza Giansanti, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birnci katibi Marsel Vietor, Fransanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə məsul şəxsi Eva Sey iştirak ediblər.
Görüşdə Qorxmaz İbrahimli əvvəlcə “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında və fevralın 7-də keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat verib.
Sonra Əhməd Abbasbəyli seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq keçiriləcək seçkilərdə Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verib. Müşahidəçilərin bu prosesdə əhəmiyyətini vurğulayaraq, faydalı olacağına inandığını bildirib.
Həmsədrlər seçki ərəfəsində və seçki dövründə söz və mətbuat azadlığı, sərbəst toplaşma və s. bu kimi fundamental azadlıqlarn təmin olunması vəziyyəti barədə danışıb, seçkilərdə namizədlərin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələsində yol verilmiş nöqsanlar, seçici siyahısı ilə, məntəqə seçki komissiaylarının təşkili ilə bağlı problemlər barədə məlumat veriblər
Görüş zamanı bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Seçilən
586
2
ayna.az

3Mənbələr