Xorvatiya mətbuatında Azərbaycan millisinin Zaqreb "Dinamo"sunda çıxış edən üzvü Mahir Emreli haqqında yazılıb.
Qol.az xəbər verir ki, "Sportske novosti"də komandanın Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda "Astana"ya qarşı keçirəcəyi oyun üçün mümkün start heyəti müzakirə edilib və Mahirə əsas heyətdə yer veriləcə iddia edilib:
"Dinamo"nun hücumunun sağ cinahında Mahir Emreliyə yer verəcəyi gözlənilir. O, Çempionlar Liqasının təsnifat mərhələsinin ikinci turunda Qazaxıstanda "Astana"ya qarşı oynamışdı (2:0). Bu mənada, Mahir yenidən həmin mövqeyə daha yaxın görünür. Astanadakı görüşdə Mahir yaxşı təsir bağışlamışdı. Bu səbəbdən də Mahir Emrelinin "Astana"ya qarşı matçda əsas heyətdə yer alacağını gözləmək olar. Sol cinah Lyubiçiçin oynaya biləcəyi yeganə mövqedir. Misiç, Bulat və Baturina isə onun arxasında yer alır. Şübhəsiz ki, onlar "Dinamo"nun hücumlarını quracaq oyunçular olacaqlar. Petkoviçlə yanaşı, hücumda Emreli və ya Vidoviç yer olmalıdır".
Qeyd edək ki, 2Dinamo" ilə "Astana" arasındakı görüş sentyabrın 21-də keçiriləcək.