Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununa çıxıb.
Qol.az xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşmanın əsas vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Millimiz penaltilər seriyasında rəqibini məğlub edib - 3:1. Sabir Allahquliyev və Amid Nəzərovun dubl etdiyi oyunda millimizin digər qolunu Orxan Məmmədov vurub.
Qeyd edək ki, yığmamız 2-ci turda, sentyabrın 20-də Rumıniya ilə üz-üzə gələcək.