AZ

Paşinyan Basarkeçəri boşaltmaq qistəyir - Yerli sakinlər

"Cəmiyyətdə böyük çaxnaşma var, insanlar hakimiyyətin Vardenisi (Basarkeçər-red.) boşaltmaq istədiyini düşünürlər".

Bakupost.az xəbər verir ki, bunu fevralın 12-də Vardenisdə etiraz aksiyası zamanı sakinlərdən biri deyib.

“Əgər belə deyilsə, açıq şəkildə desinlər və xalqı sakitləşdirsinlar. Vardenisdən (Basarkeçər) morqu, sanitar-epidemioloji məntəqəni yığışdırdılar, qoy hər şeyi qaytarsınlar. Amma indi pasport şöbəsini də götürmək istəyirlər. İnsanlar çaxnaşma içindədirlər, amma hakimiyyətdəkilər sakit otururlar. Ya onların təhlükəsizlik sistemi zəif işləyir, ya da əksinə - yaxşı işləyir, lakin onlar əhəmiyyət vermir. Biz bu məsələni siyasiləşdirmək istəmirik, tələbimizi təqdim etməyə gəlmişik. Biz Nikolu onlardan qurtulmaq üçün seçdik. İndi o, nə edir, Vardenisi (Basarkeçəri) boşaldır. Artıq kəndlər boşdur, hər kənddə 50 bağlı qapı göstərə bilərəb”, - deyə etirazçı bildirib.

Qeyd edək ki, fevralın 12-si səhər saatlarından etibarən Vardenis (Basarkeçər) şəhəri və Qeqarkunik rayonunun qonşu kəndlərinin sakinləri şəhərə gedən əsas yolu bağlayıblar. Onlar pasport şöbəsinin fəaliyyətinin davam etdirilməsinə dəstək aksiyası təşkil ediblər. Məsələ burasındadır ki, Qeqarkunik rayonunun Vardenis (Basarkeçər) və Çəmbərək icmalarının pasport xidmətlərinı bağlamağa hazırlaşırlar. Qeqarkunik rayonunun bütün pasport xidmətlərinin Martuni icmasının pasport xidmətinə qoşulması planlaşdırılır.

Zaur
BakuPost
Seçilən
83
bakupost.az

1Mənbələr