AZ

Robotun əməliyyatda səhvi xəstənin ölümünə səbəb olub

Son zamanlar tibb aləmində geniş istifadə edilən robotlar fəlakətə səbəb olub.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, 2022-ci ildə ABŞ-ın Florida ştatında cərrahiyyə əməliyyatı zamanı istifadə edilən robotun səhvi ucbatından dünyasını dəyişən qadının yaxınlarının açdığı iddia son illərdə həkimlərin istifadə etdiyi bu texnologiyanın risklərini ortaya çıxarıb.

 

2022-ci ildə xərçəngdən müalicə olunmaq üçün əməliyyat olunan və həkimlərin istifadə etdiyi "da Vinci cərrahiyyə robotu"ndan istifadə edən 78 yaşlı Sandra Sultzer sağlamlığına qovuşa bilməyib. Əksinə, robotun səhvi ucbatından qadının nazik bağırsağı yanıb və çuxur əmələ gəlib.

 

Xərçəngdən başqa səhhətində problemi olmayan Sultzerin yaxınları xəstəxana rəhbərliyini məhkəməyə vermək qərarına gəlib. Robotun düzgün istifadə edilmədiyi və xəstələrin sağlamlığına məhəl qoyulmadığı da bildirilib, robotun ətrafındakı qabığın tam olmadığı və elektrik sızması olduğu da iddia edilib. Həmçinin qeyd olunub ki, həkimlər robotun yaratdığı yanığı hiss etməyiblər.

 

Hadisə ilə bağlı istintaq davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
aztibb.az

1Mənbələr