AZ

Meydanı ağlayaraq tərk edən Moratanın durumu açıqlandı

style='margin-bottom:10px;'>

"Atletiko"nun La Liqanın 24-cü turunda "Sevilya" ilə matçda (0:1) zədələnən hücumçusu Alvaro Moratanın durumuna aydınlıq gəlib.

QOL.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı forvardın zədəsi ciddi deyil. Ona sağ dizin medial yan bağının əzilməsi diaqnozu qoyulub.

Futbolçunun özü də zədəsi haqqında danışıb: “Tanrıya şükürlər olsun, zədəm ciddi deyil. Xoş mesajlarınız üçün çox sağ olun.

Həm də ümid edirəm ki, bu qədər qəzəbli mesajlar göndərən insanlar da xoşbəxt olmaq və çox çalışmaq istəyə bilərlər. Tezliklə yenidən daha yaxşı formada olacağam".

Qeyd edək ki, Morata zədələndiyi üçün meydanı göz yaşları içində tərk etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
teleqraf.com

1Mənbələr