AZ

Rusiya ermənilərin Qarabağa qayıdışına hamıdan çox çalışır...

Image

Abutalıb Səmədov: “Bütün bunlara baxmayaraq, biz 2025-ci ildə Rusiya sülhməramlılarını bölgədən çıxarmağa nail olacağıq”

Qarabağ erməniləri regiona qayıtmaq istəsələr, Rusiya onların təhlükəsiz şəkildə qayıtmasına kömək etməyə hazırdır. Bu barədə RF XİN başçısının müavini Mixail Qaluzin müsahibəsində bildirib:

"Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu səbəbdən qayıtmaq istəyənlərin hüquq və təhlükəsizlikləri lazımi şəkildə təmin edilməklə qayıtması üçün şərait yaradılması vacibdir. Bu prosesə iştirakı böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlı kontingentinin xətti ilə də hərtərəfli yardım göstərməyə hazırıq”.

Rusiya niyə ermənilərin Qarabağa qayıtmasınz belə maraq göstərməyə başlayıb?

Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya XİN müavininin verdiyi bəyanat Kremlin mövqeyini ifadə edir: “Burada diqqət çəkən iki məqam var. Birincisi, Rusiya hesab edir ki, Qarabağda heç bir etnik təmizləmə olmayıb, zorakılığa yol verilməyib. Qarabağ erməniləri könüllü şəkildə öz seçimlərini edərək, Azərbaycan ərazisini tərk ediblər. Bu, bir da ermənilərin güya etnik təmizləməyə məruz qaldıqları ilə bağlı yalanlarını üzə çıxarır. Əslində, belə bir şey olmayıb. Bölgədəki vəziyyəti digər ölkələrdən daha yaxşı bilən Rusiyadır. İkinci məqam budur ki, Rusiya bölgədə qalmaq üçün əlindən gələni etməyə çalışır. Təbiidir ki, ermənilərin bir hissəsinin geri qayıtması onların marağına tam uyğundur. Aydındır ki, əvvəlki sayda erməni geri qayıtmayacaq. Gedənlərin böyük hissəsi heç Ermənistanda belə qalmayacaq. Rusiya bir neçə min erməninin geri qayıtmasında maraqlıdır ki, onların hüquq və təhlükəsizliyini təmin etməyi üzərinə götürüb, bu yolla bölgədə qalsın. Ermənilərin nə qədər qorxaq olduğunu biz son illər gördük. Hətta olmayan təhlükəni belə şişirdib, dərhal həmin yerdən uzaqlaşmağa çalışırlar. Bu səbəbdən də onların kütləvi şəkildə Qarabağa qayıdacağını güman etmək qeyri-mümkündür. Rusiya təbliğatına uyub az sayda erməni geri dönə bilər. Buna Azərbaycan heç mane olmayacaq. Çünki qayıdanlar Azərbaycan qanunları ilə yaşamalı olacaqlar. Onların növbəti həyasızlığına icazə verilməyəcək. Bu da uzun sürən prosesdir. Hər bir erməninin kimliyi ciddi şəkildə araşdırılacaq. Qarabağ heç vaxt əvvəlki kimi olmayacaq. Son 200 ildə Qarabağ ilk dəfədir ki, tamamilə bizimdir. Rusiyanın bu bəyanatında bizi narahat edən əsas məqam Rusiyanın 2025-ci ildən sonra da bölgədə qalmaq istəyidir. Bu məsələyə Ukraynadakı müharibənin də təsiri var. Proseslər başqa yöndə gedir. Qərb və ABŞ öz satqın mahiyyətini bir daha ortaya qoydu. Ukraynaya lazımi şəkildə dəstək də verilmir. Bu da hərbi əməliyyatlara təsirsiz ötüşmür. Belə şəraitdə Rusiyanın uğur qazanması asanlaşır. Bu da Rusiyanın mövqeyini digər bölgələrdə də möhkəmlətmiş olur. Bütün bunlara baxmayaraq, biz 2025-ci ildə Rusiya sülhməramlılarını bölgədən çıxarmağa nail olacağıq”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
baki-xeber.com

10Mənbələr