AZ

Gözəllik salonunda qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda adam öldürməkdə təqsirləndirilən Zamiq Tanrıverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Zamin Tanrıverdiyev Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı 1987-ci il təvəllüdlü Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
e-huquq.az

1Mənbələr