AZ

Hollandiyaya İsraillə bağlı qadağa

Vətəninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyadakı apellyasiya məhkəməsi beynəlxalq humanitar hüququ pozduğuna görə İsrailə F-35 qırıcı təyyarələrinin hissələrinin satışını dayandırmağa qərar verib.

 

Haaqa Apellyasiya Məhkəməsi öz qərarında beynəlxalq humanitar hüququn pozulması səbəbindən F-35 qırıcı təyyarələrinin hissələrinin İsrailə satışının dayandırılmasına qərar verib.

Məhkəmədən verilən açıqlamada, F-35 döyüş təyyarələrinin hissələrinin İsrailə ixracının dayandırılması tələbini rədd edən məhkəmə qərarı ilə bağlı insan haqları təşkilatları Oxfam Novib, PAX və The Rights Forumun apellyasiya tələbinin qəbul edildiyi bildirilib.

 

Açıqlamada İsrailin Qəzzaya hücumlarında mülki vətəndaşlara dəyən zərəri kifayət qədər nəzərə almadığı vurğulanıb və Hollandiyaya F-35 hissələrinin İsrailə ixracını 7 gün ərzində dayandırması əmri verildiyi bildirilib.

 

İsrailin F-35 döyüş təyyarələrinin Qəzza zolağında humanitar qanunları ciddi şəkildə pozacağına dair açıq bir risk olduğuna diqqət çəkən bəyanatda, “İsrailin hücumları qeyri-mütənasib olaraq, minlərlə uşaq da daxil olmaqla mülki vətəndaşın ölümünə səbəb oldu” ifadəsi işlədilib

Bəyanatda xatırladılıb ki, Niderlandın tərəfdar çıxdığı müxtəlif beynəlxalq qaydalara uyğun olaraq, müharibənin humanitar hüququnun ciddi şəkildə pozulması riskinin açıq-aşkar olduğu hallarda hərbi texnikanın ixracını qadağan etmək məcburiyyətindədir və bu, F-35 hissələrinin Hollandiyadan İsrailə ixrac edilə bilməyəcəyi deməkdir.

 

Açıqlamada, Hollandiya Xarici Ticarət Nazirliyinin F-35 döyüş təyyarələrinin hissələrinin İsrailə satışına icazə verən 2016-cı il tarixli ixrac lisenziyasını dayandırmalı olduğu bildirilib.

 

 

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla