AZ

Qadına qarşı soyğunçuluq etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Rəvan Balayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini olan qadının içərisində pulu, mobil telefonu və sənədləri olan çantası soyğunçuluq yolu ilə talanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Rəvan Balayev saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
e-huquq.az

1Mənbələr