AZ

Zelenski öz reputasiyasına görə Zalujnını işdən çıxardı - General

Ukrayna Silahlı Qüvvələrinin istefada olan generalı Sergey Krivonos “Brbaşa” YouTube kanalında Baş Komandan Valeri Zalujnının istefaya göndərilməsi ilə bağlı xəbərlərə hərbçilərin necə reaksiya verdiyi ilə bağlı sualı cavablandırıb.

Bakupost.az xəbər verir ki, general bu addımı mənfi dəyərləndirdiklərini vurğulayıb.

"Belə deyək ki, bu, kifayət qədər qeyri-adekvat, pis və çox kəskin addımdır" deyə Krivonos komandanlığın dəyişməsinə qoşunların reaksiyasını ifadə edib.

General əlavə edib ki, hərbçilər nə baş verdiyini və baş komandanın işdən çıxarılmasının səbəbinin çox gözəl anlayır. Krivonos hesab edir ki, kadr dəyişikliyi yalnız Ukrayna prezidenti Vladimir Zelenskinin reputasiyasını "ağartmaq" və yeni qanun layihəsi çərçivəsində səfərbərliyə görə məsuliyyəti hərbçilərin üzərinə atmaq üçün edilib.

"Eyni zamanda, bu addımla Ukraynanın müdafiə qabiliyyəti dəyişməyib", - deyə general vurğulayıb.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
bakupost.az

1Mənbələr