AZ

Aİ 1,8 milyard avrodan çox humanitar yardım planlaşdırır

Aİ Komissiyası 2024-cü ildə planlaşdırılan humanitar yardımın miqdarı və ayrılan ərazilərlə bağlı bəyanat yayıb.

News24.az xəbər verir ki, Aİ bu il öz büdcəsindən humanitar yardım üçün 1,8 milyard avrodan çox vəsait ayırıb.

Ən çox humanitar yardım Yaxın Şərq və Şimali Afrika regionuna yönəldilib. Qəzzanın və Fələstin mülki əhalisinin humanitar ehtiyacları, həmçinin Suriya, Livan, Yəmən və qonşu ölkələrdə davam edən regional böhran səbəbindən Yaxın Şərq və Şimali Afrikaya təxminən 470 milyon avro maliyyə ayrılacaq.

Şərqi və Cənubi Afrikada uzunmüddətli münaqişələrdən və iqlim dəyişikliyindən zərər çəkənlərə təxminən 346 milyon avro dəstək veriləcək.

Mümkün fövqəladə hallara və gözlənilməz humanitar böhranlara cavab vermək üçün təxminən 315 milyon avro ayrılacaq.

Saheldə məcburi köçkünlərə və pis qidalananlara dəstək olmaq və epidemiyalarla mübarizə aparmaq üçün təxminən 200 milyon avro veriləcək.

Cənubi Asiya və Sakit Okean hövzəsində Myanma, Banqladeş və Filippinə 186 milyon avroluq humanitar yardım veriləcək.

Türkiyəyə təqribən 115 milyon avro maliyyə ayrılacaq ki, bunun da böyük hissəsi Rusiya-Ukrayna müharibəsinin nəticələri, Cənub-Şərqi Avropa, Qərbi Balkanlar, Qafqaz, Suriya böhranı və ötən il baş verən zəlzələnin təsirləri üçün nəzərdə tutulub.

Mərkəzi Amerika, Cənubi Amerika və Karib hövzəsinə 111,6 milyon avro ayrılacaq.

Bundan əlavə, innovativ layihələrə və siyasət təşəbbüslərinə 98 milyon avro köçürüləcək.

Günel Məlikzadə



Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla