AZ

Atasını öldürüb, sonra marketin qarşısında anasını gözləyib – Qətl belə baş verib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əhməd vaxtilə idmanla məşğul olub. Sonradan idmanda aldığı zədə onun sağlamlığına ciddi təsir edib. Bu səbəbdən 25 yaşlı gəncin mütəmadi olaraq Psixiatriya Xəstəxanasında yatdığı bildirilir.

O, axşamtərəfi əvvəlcə atasını öldürüb. Daha sonra əli qanlı marketin qarşısına düşüb, anasını gözləyib. Anası direktor olduğu məktəbdən gələndən sonra isə marketin arxa hissəsindən baltanı götürərək mənzilə tərəf qalxıb. Bu zaman market işçiləri polisə məlumat verib.

Buna qədər isə Əhməd anası ilə qardaşını öldürüb.

Qeyd edək ki, Əhməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Seçilən
40407
14
Mənbələr
Şərh ()
Bağla