AZ

Keçidi qoyub dairənin ortasında dayanan qadınsürücünü əsəbiləşdirdi- VİDEO

Bakının Xətai rayonunda qayda pozan piyada görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 11-i səhər saatlarında Neapol dairəsi adlanan ərazidə qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, yolda duran piyada hərəkətdə olan nəqliyyat vasitələrinə təhlükə yaradıb. Yaxınlıqdakı keçiddən istifadə etməyən yaşlı qadın dairənin ortasında dayanıb və sürücülərdən ona yol verməsini gözləyib. Xoşbəxtlikdən sürücülər ehtiyatlı davranaraq piyadaya yol veriblər.
Təəssüflə qeyd edək ki, piyadavurma hallarının artmasına baxmayaraq qayda pozanlar kifayət qədərdir. Həyatlarını riskə atan belə piyadalar eyni zamanda sürücülər üçün də təhlükə yaradırlar.

Nərmin

Seçilən
20
1
Mənbələr
Şərh ()
Bağla