AZ

OPEC-in neft hasilatı ötən ay kəskin azalıb

OPEC-in aylıq neft bazarı hesabatına görə, xam neft hasilatı yanvar ayında ən çox azalan Liviya, Küveyt, İraq və Əlcəzairdə olub. Birləşmiş Ərəb Əmirlikləri hasilatın artdığı ölkələr sırasında olub. Bu ölkəni qrupun ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı izlədi.

NOCOMMENT.az xəbər verir ki, gündəlik neft hasilatı Liviyada 162 min barel, Küveytdə 109 min barel, İraqda 98 min barel, Əlcəzairdə 46 min barrel azalıb. Eyni dövrdə Birləşmiş Ərəb Əmirliklərinin gündəlik hasilatı 31 min barel, Səudiyyə Ərəbistanının hasilatı isə 25 min barel artıb.

OPEC xam neftinin ümumi qlobal hasilatdakı payı ötən ay əvvəlki ayla müqayisədə 0,2 faiz azalaraq 25,9 faizə çatıb.

Bu il OPEC-in xam neftinə tələbatın ötən illə müqayisədə gündəlik 1 milyon barel artaraq 28,4 milyon barrelə çatacağı gözlənilir. Gələn il bu səviyyənin sutkada 28,8 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır.

Seçilən
71
50
Mənbələr
Şərh ()
Bağla