AZ

Rusiyada yaşayış binası yandı - FOTO/VİDEO

Anapada (Rusiya) yaşayış binasında yanğın baş verib.

Onun söndürülməsinə 100-dən çox canlı qüvvə və 35 texnika cəlb olunub.

Bildirilir ki, 440 nəfər təxliyə edilib, onlardan 112-si uşaqdır.

Hadisə zamanı bir nəfər xəsarət alıb.

Qeyd olunur ki, Anapada yanan yaşayış binasının dam örtüyü qismən dağılıb, yanğın mənzillərə keçib.

 

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
oxu.az

1Mənbələr