AZ

Avropa çempionatı: Azərbaycan güləşçiləri 3 medal qazanıblar

Avropa

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycanın üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən Murad Məmmədov finalda ukraynalı Oleksandr Xruşini 2:1 hesabı ilə üstələyərək qızıl medal əldə edib.

Rəşad Məmmədov (55 kiloqram) həlledici görüşdə moldovalı Artyom Deleanula 3:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Beka Kandelaki (130 kiloqram) norveçli Oskar Marvikə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək bürünc mükafatın sahibi olub.

İslam Abbasov (87 kiloqram) isə üçüncü yer uğrunda görüşdə ukraynalı Olimpiya, Dünya və Avropa çempionu Jan Belenyuka 1:2 hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatına bir dəst medalla start verib.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Seçilən
50
45
Mənbələr
Şərh ()
Bağla