AZ

"Qələbəyə layiq deyildik"

Misli premyer-liqasının 22-ci turunda "Neftçi" "Araz-Naxçıvan"a uduzub - 0:1.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın çalışdırıcısı Miodraq Bojoviçin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Məncə, bu gün oyunumuz alınmadı. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilmədik. Oyun ərzində yüz faizlik qol şansımız olmadı. Düzdü, uzaqdan zərbələr var idi, amma xüsusi bir şey görmədim. Bu oyunda qələbəyə layiq deyildik".

- Penalti epizodunu necə dəyərləndirirsiz?
- Görə bilmədim. Mənim olduğum yerdən görünmürdü.
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla