AZ

Fransa İsrailə qarşı sanksiyya tətbiq etdi

Rəsmi Paris İordan çayının qərb sahilində yaşayan Fələstin vətəndaşlarının taleyi ilə bağlı narahatlığını bildirib. Fransa rəsmiləri təxminən 30-a yaxın israilli sakini ekstremizmdə ittiham edib və onlara qarşı sanksiyalar tətbiq edib.

Editor.az bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildiriblər. “Bu tədbirlər son aylarda Fələstin əhalisinə qarşı məskunlaşanların zorakılığının artması səbəbindən tətbiq edilir.

Bununla əlaqədar olaraq 28 israilli ekstremist məskunun Fransa ərazisinə daxil olması qadağan edilib”, – Nazirlik bildirib. Bəyanatda daha sonra vurğulanıb ki, bu şəkildə Fransa Fələstin vətəndaşlarına qarşı zorakılığın yolverilməzliyini qorumağa çalışır.

Həmçinin qeyd edilir ki, Paris sanksiyaları bütün Avropa İttifaqı səviyyəsinə qədər genişləndirməyə çalışacaq. Bundan əlavə, bəyanatda yəhudi dövləti rəhbərliyi cinayətkarları cəzalandırmağa çağırılır.

//Samir Qurbanov, Editor.az

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla