AZ

Türküyədə qızıl mədənində uçma baş verib: bir qrup işçi dağıntılar altında qalıb

Bu gün saat 14:30-da Türkiyənin Ərzincan şəhəri yaxınlığındakı qızıl mədənində qaya uçması baş verib.

Editor.az bu barədə Türkiyənin NTV telekanalının məlumatına istinadən xəbər verir.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, dağıntılar altında 9 şaxtaçının qaldığı ehtimal edilir. Rəsminin sözlərinə görə, işçilərin siyahıyaalınması aparılıb və hazırda doqquz şaxtaçının taleyi barədə məlumat yoxdur. Ərzincan valisi Həmzə Aydoğdu da bildirib ki, ilkin məlumata görə, işçilər yerin altında qalıb. Axtarış-xilasetmə əməliyyatlarında 400-dən çox insan iştirak edir.

Baş Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. Qaya çökməsinin baş verdiyi Çepler mədəni Ərzincan vilayətinin İliç şəhərinin səkkiz kilometrliyində yerləşir. 2010-cu ildən inkişaf etdirilir və “Anagold Mining Industry and Trade” tərəfindən idarə olunur. 2022-ci ildə mədəndə sianid ifrazı qeydə alınıb, lakin qəzanın nəticələri tez bir zamanda aradan qaldırılıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla