AZ

Güləşçilərimiz Avropa çempionatında 3 medal qazanıblar

Bakı. Trend:

Azərbaycanın üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtıBuxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.

Trend-inməlumatına görə, 63 kiloqram çəki dərəcəsində çıxış edən MuradMəmmədov finalda ukraynalı Oleksandr Xruşini 2:1 hesabı iləüstələyərək qızıl medal əldə edib.

Rəşad Məmmədov (55 kiloqram) həlledici görüşdə moldovalı ArtyomDeleanula 3:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinəqalxıb.

Beka Kandelaki (130 kiloqram) norveçli Oskar Marvikə xallarınkeyfiyyətinə görə (2:2) qalib gələrək bürünc mükafatın sahibiolub.

İslam Abbasov (87 kiloqram) isə üçüncü yer uğrunda görüşdəukraynalı Olimpiya, Dünya və Avropa çempionu Jan Belenyuka 1:2hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatınabir dəst medalla start verib.

Seçilən
27
45
Mənbələr
Şərh ()
Bağla