AZ

“Qarabağ”ın yeni transferi: “Mənim üçün bunun fərqi yoxdur“

“Qarabağ”ın yeni futbolçusu Aleksey İsayev Premyer Liqanın 22-ci turunun "Sabah"la matçı (3:3) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi sabiq komandasına qarşı oyunla bağlı təəssüratlarını bölüşüb:

“Mən peşəkaram. Fərqi yoxdur kimə qarşı oynayıram.

Meydana çıxıb öz işimi görməliyəm. Deməzdim ki, qeyri-adi emosiyalarım var.

Mənim üçün adi oyun idi. Sadəcə, hər oyun qələbə qazanmaq lazımdır.

Kubok oyunu haqda heç nə deyə bilmərəm, meydanda olmamışdım. Bu oyunda isə iki penalti oldu və Tellur Mütəllimov möhtəşəm qol vurdu.

Telluru təbrik edirəm, gözəl qol idi”.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla