AZ

İsrail Qəzza zolağında çadır şəhərcikləri yaradacaq

İsrail hakimiyyəti ABŞ və Körfəz ölkələri tərəfindən maliyyələşdiriləcək təxliyə planının bir hissəsi olaraq Qəzza zolağında çadır düşərgələri yaratmağı təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

“İsrail ABŞ və onun Körfəzdəki tərəfdaşları tərəfindən maliyyələşdiriləcək təxliyə planının bir hissəsi kimi Qəzzada nəhəng çadır şəhərcikləri yaratmağı təklif edir” , – məlumatda qeyd olunub.

Nəşr qeyd edir ki, İsrail tərəfi hər birində təxminən 25 min çadır olacaq 15 çadır şəhərciyi yaratmağı təklif edir. Onlar Qəzza zolağının cənub-qərb hissəsində yerləşəcəklər. Misir isə onların formalaşmasına cavabdeh olacaq.

Seçilən
19
3
Mənbələr
Şərh ()
Bağla