AZ

AAYDA-nın yol idarəsinə protokol yazıldı

“13 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC cərimələnə bilər. 

Valyuta.az xəbər verir ki, MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham irəli sürülüb. 

İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Fevralın 23-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

İclas hakim Vüsal Tağıyevin sədrliyi ilə keçiriləcək. 

469.3-cü maddəyə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“13 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərir. 

Hüseyn

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla